Arxiv | İyun, 2012
Təsvir

Eco tools makyaj fırçaları

17 İyn
  Çoxdan bəri gözlədiyim ecotools firçalarim nəhayət ki , gəldi 🙂
 
 
Eco tools fircaları tebii bambuq ağacından hazırlanır və təbiətdə yox ola bilir. Uzun-uzun araşdırdıqdan sonra  həhayət ki, şeytanın qılçın sındırıb  firçaları sifariş vermək qərarına gəldim. Təbii ki , bu qərarımda türk bloggerlərin yazdıqları rəylərin də rolu var. Nəyyyysə , nə başıvızı ağrıdeem  ecotools-larımı ( yazılışı çox  məntiqsiz  çıxsa da bəli , Ecotools-larımı 🙂 ) iherb.com saytindan Azərbaycandakı bir satıcı  vasitəsilə  sifariş verdim. Normalda 7- 8 dollara ( ebaydan daha ucuzunu da tapmaq olur ) basa gelse de üstünə  kargo və saticinin pulunu gələndə 12 manat eledi. Gələk firçalara :
 
Oxumağa davam et
Təsvir

Clean&clear qara nöqtələr üçün günlük skrab

8 İyn
Bu məhsulu nə ümüdlərlə almışdım amma əksinə ümüdlərim puça çıxdı 😦

Oxumağa davam et

Geydirmə tatu ( silinən döymə)

4 İyn
Hellas……
 
Kiçik tatuları çox sevirəm. Amma həm ağrıya dözümüm olmadığından, həm də ən əsası dini cəhətdən haram olduğundan (ən əsas da  dəstamaz alarkən  suyu dəyməyə qoymadığından ), heç vaxt cəsarət etməmişəm.  Edənlərə də bir söz deye bilmərəm , təbii ki, ağın şıxartmamaq şərtiylə. Götürüb bütün bədənlərini tatu ilə dolduranlara da Allah tez bir zamanda ağil versin deyirəm ! Amin ! Düzü, tatuların silinə bilənləri də var ,ama yenə də sildirəndə ağrı hiss olunmur desek absurt olar.Amma boyna , biləyə , qola işlənən və mənası olan taular  çox xoşuma gəlir. Məsələn , biləyə yazilan yarimçıq cümlə , deyimlər vs, nöqtələr , ulduzlar , quş və qəfəsi və sair ilaxır……. Məncə ən gözəl görünən tatular qara rəngdə olalardır. Rəngli tatular həm pis görünür həm də hər paltarla tutmaya bilir.
Məncə ,ən salamatı mənim göstərəcəyim geydirmə tatudu. Ən azından insan həvəsin alir , istədiyi an silə bilir, həm də hər dəfə dəyişik tatular olur.
 
Lazim olan ləvazimatlar : istəyə gorə , göz qələmi , layner və ya sürmə ola bilər. Mənim ağlıma gələnlər bunlardi , təbii ki,  siz başqa vasitəlır də tapa bilərsiniz. Mənə  görə ən salamatı laynerdi . Çünki  göz gələmi – kimyəvidi həm də tez axir əliniz bir yerə dəyədə silinmə ehtimalı var. Sürmə də qələm kimi o da silinə bilər ama nəzərə almaq lazımdır ki sürmə təbiidir. Layner- idealdi ! 1- tərkibində sürmə var  
2-  quruduqdan sonra axmir , bir yerə dəyəndə silinmir. Layner mat olsa , yəni parlaq olamasa daha yaxşı olar.

  Oxumağa davam et