Təsvir

Makiyaj fırçalarım üçün qab- DİY

22 Noy
 
Kiçik bir kasanın içinə muncuları yarıya kimi doldurun . Vəssalam 🙂
 
 
Oxumağa davam et
Advertisements
Təsvir

Kapron corabdan kukla düzəldilməsi (DİY)

12 Noy

 

Oxumağa davam et

Təsvir

Bacıma düzəltdiyim qolbağ (DİY)

12 Noy

 

Oxumağa davam et

Təsvir

DIY – Parçadan kəpənək broşqa düzəldilməsi

10 Noy
 
Oxumağa davam et
Təsvir

Öz dırnaq boyanı özün düzəlt…

27 Okt
Hər kəsə salam…
  Belə bir ideya internetdə qarsıma çıxmışdı. İstədiyimiz rəngdə teni götürüb , əzib parladıcı lakımızın içərisinə əlavə edirik .  Yaxşıca çalxalayırıq. Amma istədiyim kimi alınmadı daha doğrusu həm istədiyim rəngdən daha tünd çıxdı, tam rəngin əldə etmək üçün ən az 3 qat vurmaq lazımdı, həm də ki ,  bir müddət sonra ten lakın dibinə çökür 😦 Türklər demişkən tam fiyasko , özü də nə ki var ….:(
  Rəsm dərsindən əldə etdiyim təcrübədən istifadə edərək qərara gəldim ki , rəngsiz lakdansa ,ağ rəngli lakı istifadə edim .( belə olduqda 1 qat vurmaq kifayətdi ) Sağ olsun Əsgər müəllim sayəsində çox sey öyrəndim deye bilərəm . 90 dəqiqəlik dərsin ilk 45 dəqiqəsin ancaq rəng almaqla ( qarısdırmaqla ) məşgul olurdum 🙂 Nəticə : 1 smestr ərzində millət 4-5 rəsm çəkib təhvil verəndə mən cəmi ikicə rəsm hazırlayib çatdırdım 🙂 Özümü sırf portret janırına həsr eləmişdim .  1 dəqiqə, ! (one minute !) bunun bizim mövzumuza nə dəxli ???? yenə dəxliyatsız mövzulara girişdim deyesen 🙂 nəysəəəəə unudun getsin .
  Götürürsünüz 1 ağ lak 1 də istədiyiniz rəngdə lakı ( laklarınız arasında ən nifrət etdiyiniz , aldıqdan sonra peşman olub, onu hər dəfə görəndə özünüzü mütəmadi, dövrü olaraq söydüyünüz  , səni nə ümüdlərlə almışdım Bəxtimə Tüpürüm dediyimiz  lakı  🙂 🙂 )  . Mənim ağ lakım içində az qalmışdı, demək olar ki 30 % ya vardı , ya yox ona görə də ürəkli davrandım. Xarab olacaqdısa da amaaaaaaaan ….. olan oldu keçən keçdi deyə bilərdim.  Ağ lakın içinə mavi lakı az-az damcı kimi tökürük, taaa ki , istədiyimiz rəngi alanadək . Azcıq da rəngsiz parlaq lakdan əlavə edin ki qatı olmasın , asan sürtmək olsun. Qarışdırmaq üçün isə nazik çöpdən və ya mənim kimi mildən istifadə edə bilərsiniz. Ya da ki , ağzını bağlayıb çalxalayın. Əldə etdiyim rəngi Flormarda 1.50-yə görmüşdüm, səhv etmirəmsə. Oley ! pulum cibimdə qaldı 🙂 3 gün olar ki vurmuşam uclarında  getmək , qopmaq zad yoxdu, yaman sırtıq çıxdı … Özüm düzəltmisəm axı, mal yiyəsinə oxuyar daa dirəşir 🙂  Vəssalam … Aşağıda rəsimlərinə baxa bilərsiniz.
 
 
 
 
Oxumağa davam et
Təsvir

Köhnə telefonu temir etme

3 Okt
Hər kəsə salam.
Keçən gün ahı gedib vahı qalmış mobil telefonumu nəhayət ki təmir elədim. Vaxtında böyük həvəslə aldığım nokia n81 telofonum üstündən 4 ildən artıq keşməsinə baxmayaraq hələ də həyatda qalma mübarizəsini davam etdirir, qisacası dirəşir ! Hər dəfə yazığın başına bir şey gelir men temir edirem, bu dəfə gördüm yooox artıq kabrosu da əldən gedir, bateriyasi şişib artiq partlamasına an qalıb danışdığım yerdə mənə süprizlər edirdi. Kefinə görə  adboy verirdi, lap kefi saz olanda da bir dəfəlik sönürdü. Nə başınızı ağrıdım, dedim batereyanı dəyişmişkən ele kabrosunu da dəyişim , nə desələr yaxşıdı ???….. düzələsi deyil…. düzəlsə də 100-150 azn-ə başa gələcək. Ölmüşdü Xankişi !”! Nooolub özümə ?? Çirmədim qollarımı girişdim işə vəəəəə nəticə aşağıdakı kimi :))))) yenidən aşiq olmuşam telefonuma. O dirəşərsə mən də dirəşəcəm taaa ki , telefon axır nəfəsin verənə kimi :))))  Növbəti stansiya iphone !!!

Oxumağa davam et

DİY – 7 Qepiklik üzük :)

28 İyl

Salam…. Gəlin qəpiklərdən üzük düzəldək ! Lets gooooo !
 

Lazim olan ləvazimatlar :

                                                     -qəpik ( 2 ədəd 1 qəp, 1 ədəd 5 qəp-lik )

                                                     -dırnak lakı ( 1 parladici, 1 də rəngli

                                                     -üzük halqası 

                                                    – kley

Oxumağa davam et