Təsvir

Öz dırnaq boyanı özün düzəlt…

27 Okt
Hər kəsə salam…
  Belə bir ideya internetdə qarsıma çıxmışdı. İstədiyimiz rəngdə teni götürüb , əzib parladıcı lakımızın içərisinə əlavə edirik .  Yaxşıca çalxalayırıq. Amma istədiyim kimi alınmadı daha doğrusu həm istədiyim rəngdən daha tünd çıxdı, tam rəngin əldə etmək üçün ən az 3 qat vurmaq lazımdı, həm də ki ,  bir müddət sonra ten lakın dibinə çökür 😦 Türklər demişkən tam fiyasko , özü də nə ki var ….:(
  Rəsm dərsindən əldə etdiyim təcrübədən istifadə edərək qərara gəldim ki , rəngsiz lakdansa ,ağ rəngli lakı istifadə edim .( belə olduqda 1 qat vurmaq kifayətdi ) Sağ olsun Əsgər müəllim sayəsində çox sey öyrəndim deye bilərəm . 90 dəqiqəlik dərsin ilk 45 dəqiqəsin ancaq rəng almaqla ( qarısdırmaqla ) məşgul olurdum 🙂 Nəticə : 1 smestr ərzində millət 4-5 rəsm çəkib təhvil verəndə mən cəmi ikicə rəsm hazırlayib çatdırdım 🙂 Özümü sırf portret janırına həsr eləmişdim .  1 dəqiqə, ! (one minute !) bunun bizim mövzumuza nə dəxli ???? yenə dəxliyatsız mövzulara girişdim deyesen 🙂 nəysəəəəə unudun getsin .
  Götürürsünüz 1 ağ lak 1 də istədiyiniz rəngdə lakı ( laklarınız arasında ən nifrət etdiyiniz , aldıqdan sonra peşman olub, onu hər dəfə görəndə özünüzü mütəmadi, dövrü olaraq söydüyünüz  , səni nə ümüdlərlə almışdım Bəxtimə Tüpürüm dediyimiz  lakı  🙂 🙂 )  . Mənim ağ lakım içində az qalmışdı, demək olar ki 30 % ya vardı , ya yox ona görə də ürəkli davrandım. Xarab olacaqdısa da amaaaaaaaan ….. olan oldu keçən keçdi deyə bilərdim.  Ağ lakın içinə mavi lakı az-az damcı kimi tökürük, taaa ki , istədiyimiz rəngi alanadək . Azcıq da rəngsiz parlaq lakdan əlavə edin ki qatı olmasın , asan sürtmək olsun. Qarışdırmaq üçün isə nazik çöpdən və ya mənim kimi mildən istifadə edə bilərsiniz. Ya da ki , ağzını bağlayıb çalxalayın. Əldə etdiyim rəngi Flormarda 1.50-yə görmüşdüm, səhv etmirəmsə. Oley ! pulum cibimdə qaldı 🙂 3 gün olar ki vurmuşam uclarında  getmək , qopmaq zad yoxdu, yaman sırtıq çıxdı … Özüm düzəltmisəm axı, mal yiyəsinə oxuyar daa dirəşir 🙂  Vəssalam … Aşağıda rəsimlərinə baxa bilərsiniz.
 
 
 
 

 

Mavi lakın dərnaqda görünüşü
 
 
Aldığım rəng
 
 
 
 

104 ağ lakın nömrəsidi 🙂

 

Aşağıdakı isə yeni hədəfimdi 🙂

 
Advertisements

5 Cavab to “Öz dırnaq boyanı özün düzəlt…”

  1. ayinka Oktyabr 27, 2012 3:49 axşam #

    aa ne gesey reng alindi ))))Roskaa o mat rengde mavi laki hardan almisan? axi men de mat lak istiyireeem 😦

  2. Qumru . Oktyabr 28, 2012 11:46 səhər #

    Super Roshqa…….aferin sene ….men demisdim axi sende bu isdedadi gorurem……mence “yeni hedefin”den daha qeseng reng alinacaq…..

Trackbacks/Pingbacks

  1. Günün dırnaq boyası (1) « OpasJSparrow - Dekabr 2, 2012

    […] lak isə özüm düzəltdiyimdi Əgər lakı necə düzəldiyimi bilmək istəyirsinizsə   post  sözünün üstünə click […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: