Təsvir

Köhnə telefonu temir etme

3 Okt
Hər kəsə salam.
Keçən gün ahı gedib vahı qalmış mobil telefonumu nəhayət ki təmir elədim. Vaxtında böyük həvəslə aldığım nokia n81 telofonum üstündən 4 ildən artıq keşməsinə baxmayaraq hələ də həyatda qalma mübarizəsini davam etdirir, qisacası dirəşir ! Hər dəfə yazığın başına bir şey gelir men temir edirem, bu dəfə gördüm yooox artıq kabrosu da əldən gedir, bateriyasi şişib artiq partlamasına an qalıb danışdığım yerdə mənə süprizlər edirdi. Kefinə görə  adboy verirdi, lap kefi saz olanda da bir dəfəlik sönürdü. Nə başınızı ağrıdım, dedim batereyanı dəyişmişkən ele kabrosunu da dəyişim , nə desələr yaxşıdı ???….. düzələsi deyil…. düzəlsə də 100-150 azn-ə başa gələcək. Ölmüşdü Xankişi !”! Nooolub özümə ?? Çirmədim qollarımı girişdim işə vəəəəə nəticə aşağıdakı kimi :))))) yenidən aşiq olmuşam telefonuma. O dirəşərsə mən də dirəşəcəm taaa ki , telefon axır nəfəsin verənə kimi :))))  Növbəti stansiya iphone !!!

Telefonumu yuxarıda gördüyünüz laklarla boyamısam. Yeri gəlmişkən lakla əşya rəngləməyi ilk dəfə Azide adlı türk vloggerdə görmüşdüm. O fotoaparatını və makyaj fırçalarını rəngləmişdi.
İstifadə etdiyim laklar : soldan sağa
1-Golden Rose matte velvet 103 nömrə (parıltılı mavı )
2-Golden Rose graffiti 02 nömrə çatlayan lak (qara )
3-Pupa milano 007 nömrə səffaf parladıcı.
İlk əvvəl mavi rəngli lakı çəkib quruduqdan sonra çatlayan qara rengli lakı mavi lakin üzərindən çəkirik .
Ən sonda da parladıcı ilə üzərindən keçirik.
Ekranın yuxarısında qırılıb düsən parçaların yerinə qara rəngli vizit kartından kiçik parçalar kəsib kleylə yapışdırdım, və sonda da rengi getmiş yerləri adi qara lakla rənglədim. Qısacası paxırların örtdüm. Vəssalaaam…… Sizcə necə alınıb ???

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: