Təsvir

Özün Tik -Paçtalyon çanta və kaşilok

23 Apr
 
 
Hellas millət ! Sabahınız xeyir. 
Bugünkü post bu yaxınlarda clatch çanta tikmək  eşqiylə vızdanıb , şiltimliyəcəyim plaşı son anda Anacanın ( anacan mən anama deyirəm ) koməyi ilə  tikdiyimiz paçtalyon çanta ilə kaşilok haqda olacaq.  Tikdiyimiz deyəndə əslində anam tikdi ama mənimdə əməyim az deyil , yəəənii  !  ( sap gətirmişəm , iynə gətirmişəm ,  qayçı gətirmişəm ….. vs vs – elə hamısın mən eləmişəm ki ! 🙂
Parça – Plaşın ( sayəmdə ona artıq rəhmətlik plaş deyə bilərik 🙂 ) qənədindən quyruğundan  ( kaşiloku 1 qolundan , çantanı kürək hissəsindən ) ərsəyə gəlib.
Çanta və kaşilokun düymələri- plaşın düymələridi.
Çantanın  və kaşilokun dəmir-dümürləri  –  bacımın işlətmədiyi  sumkasından əkişdirmişəm 🙂 (avadanlığı kor qoymaqda 1 nömrəyəm )
İnanırsınız , çantanı düzəltməyə birinci onun aşağıda gördüyünuz bantikindən ( kəpənəkdən ) başlamışam.  Hərənin bir stili var : mənim də stilim lazımsız şeylərdən başlamaqdı 🙂 🙂 ( stilim dəysin təpəmə !)

 

Çantanın iç görünüşü. İçəridə gördüyünüz cıb çölə çıxır.

Çölə çıxmış cib.

Özüm tikmişəmeee ! tü-tü maşallah ! 🙂 ( qiz döyül qızıldı 🙂

Çantanı tikəndə içinə qoyduğum şirinniyim .  Şəkilləri çəkəndə içindən tapdim ( 1 aydan artıqdı ki, orda qalıb 🙂

Kaşiloku apteçka kimi bəzən də kefimə yarıyanda kasmetiçka kimi istifadə edirəm. Çantam doludu Kaşiloklarla. Bir dəfə də sizə cinsimin  ayaq hissəsindən kəsdiyim artıqlardan necə kaşilok düzəltdiyimi göstərərəm 🙂
 
Qeyd : Ana can sən olmasan mən nejə olardım axı ?!
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: