Salam millət !

10 Apr

    Hellas ( salam) !

  Anladığınız kimi bu mənim ilk blog postumdu ….vs vs bunun kimi bir yığın söz.  Keçək qlavnı mətləbə. Mən qısaca Opas- 8 milyon 700 min Azərbaycan vətəndaşından biri, 1989 cu ilin payız  fəslində dünyaya gələn( və payiza nifrət edən ) Sovetin son vaxtlarını və dağılmağını görmüş ( başyeyən )  bir şəxsiyyət.

  Niyə blog yazmağa basladim ?

Sanğa nə ? Bekarçılıqdı, məşğuliyyət lazımdı…..yalan söhbətdi 🙂 hələ praktikadayam  ama yazmalı olduğum yazılar xirtdəyə kimidi. Hələ kef universitet başlayandadı 😦 . Əsas məqsədim bəlkə bu yolla nəsə bir şey öyrənə bildim ( ay haaay …… 🙂  eşşəklə yonca məsələsi.

  İlk yazı təcrübəm ?

Oxuduğum kitabların arxasındakı boş yerlərə  kitab və müəllif  haqda – hər iki mənada  🙂– fikirlarimi , yeri gələndə ürək sözlərimi yazmaqla basladim. Ziyanverici həşarat olaraq hətta kitabxanadakı kitablarin arxasinda da dəsti xəttimi görə bilərsiniz. Üz gözünü turşutma , karandaşla yazmışam !. Mənim üçün nomber one  Kafkadi. Ona  Xoşbəxt Yusifzadə  statusu vermişəm. ( Siz  anladınız söhbət nədən gedir ! )

  Qısaca mən.

Qabaqcadan deyim mən qaqaşdan, bratdan zaddan döyüləm, adıma baxıb sehv salmıyuz !  Bəndəniz : İşsiz Piyanist ( heç ozüm de bilmirəm  o diplomu niyə almışam 🙂 hergun dərsə mırtdıya-mırtdıya  gedən, veçni də gecikən ,eziyyət çəkib ders hazırlamamaq üçün internetin , xüsusilə Google dayinin her bir imkanlarından  necə lazumdu yararlanan( artıq professional olmuşam, elimi öpənlər var -o derecede) , Ver yeyim , ört yatım , gözlə canım çıxmasın məsəlini özü üçün şüar eləmiş, bugün vizdanib , sabah işi yarimçiq qoyan, qisaca – Baki Slavyanin üçüncü kurs tələbəsi , gələcəyin müellim kadiri  Opas ! (  yaridajam….:)) Neyse , dalşeeee !

  Sözümün Musssstafası !

Bu blogda Musiqi notlarinda ( sheet , notes ) tutmuş , oxudugum kitablar haqda reyler, sac stilləri , geyimlər , xüsusulə trendlər ( bazarlığın hastasıyım !  özü də necə lazımdı ! ) DİY layihələr ( Do İt Youself – Özün düzəlt ) və.s vs meni maraqlandıran ( sizi maraqlandırmayan ) herşey.

   Son Söz

Kef  eliyin,  sevin ,  sevilin, ağın çıxartmıyın !

  Hörmətlə : Opas ( və ya digər adla Erze )

Advertisements

4 Cavab to “Salam millət !”

  1. Mr WordPress Aprel 10, 2012 2:44 axşam #

    Hi, this is a comment.
    To delete a comment, just log in, and view the posts’ comments, there you will have the option to edit or delete them.

  2. prakelbrinkal Aprel 15, 2012 2:59 səhər #

    super beyendim.muveffeqiyetler simulations 😛

  3. fafa936 Aprel 19, 2012 7:21 axşam #

    ela mende tayinam

  4. opasjsparrow Aprel 20, 2012 12:26 axşam #

    Tesekkur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: